Uşaqları bağçalara aparmayın! - Xəbərdarlıq

Uşaq bağçası

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ehtimalı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİN) tabeliyində olan bağçalara xəbərdarlıq edib.

Bu barədə BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərliklərinə telefonoqram göndərildiyi bildirilir.

Həmin məlumatı idarədən də təsdiq ediblər.

Telefonoqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan yanvarın 17-də uşaqların bağçalara gətirilməməsi tövsiyə olunur.

Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-40 m/s-dək şiddətlənəcəyi gözlənir. Qar yağacağı, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlayacağı ehtimalı var.