Nayrobidə öldürülənlərin sayı 15-ə çatıb

Hadisə yeri

Keniyanın paytaxtı Nayrobidə dəbdəbəli otel və ofis kompleksinə terror hücumunda öldürülənlərin sayı 15-ə çatıb.

Yanvarın 15-də törədilmiş hücuma görə məsuliyyəti Al-Qaedaya bağlı Somali yaraqlı qruplaşması olan Al- Shabaab üzərinə götürüb. Bu qruplaşma əvvəllər də oxşar hücumlar törədib.

Hücumdan 11 saat keçməsinə baxmayaraq, ərazidə hələ də ara- sıra atışma səsləri eşidilir.

Daxili İşlər naziri Fred Matiang'I bütün binaların təhlükəsizliyinin təmin olunduğunu, onlarla adamın hadisə yerindən çıxarıldığını bildirib.

“Reuters” agentliyi öldürülənlərdən 11-nin keniyalı, birinin britaniyalı, birinin amerikalı olduğunu xəbər verir.

Al-Shabaab yaraqlılarının 2013-cü ilin sentyabrında Nayrobidə ticarət mərkəzində törətdiyi hücumda 67 nəfər öldürülmüşdü.

2015-ci ildə isə bu qruplaşma Garissa Universitetində 150 nəfərin həyatına son qoymuşdu.