A.Alışanov AzTV sədrliyindən çıxarıldı

A.Alışanov

«Azərbaycan Televiziya və Radio Verilişləri» (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri dəyişdirilib.

Prezident İlham Əliyevin bu gün, yanvarın 15-də verdiyi fərman ilə Arif Alışanov «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC sədri vəzifəsindən azad olunub.

A.Alışanov 13 ilə yaxın idi bu postda çalışırdı. O, 2005-ci il martın 28-də dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» QSC-nin sədr müavini, 2006-cı il avqustun 16-da isə bu qurumda sədr vəzifəsinə təyin olunmuşdu.