İranda qadın məhbusun aclığa başlayacağı deyilir

Nazanin Zaghari-Ratcliffe qızı Gabriella ilə. O, ötən ilin aprelində üçgünlük azadlığa buraxılmışdı

Tehranda həbs cəzası çəkən əslən iranlı britaniyalı ananın yanvarın 14-dən üçgünlük aclıq aksiyasına başlayacağı bildirilir. Həyat yoldaşı onun xüsusi tibbi xidmət tələb etdiyini bildirir.

Nazanin Zaghari-Ratcliffe-yə döş müayinəsi və digər tibbi xidmətlərin göstərilmədiyi deyilir.

Richard Ratcliffe deyib ki, həyat yoldaşının tələbi yerinə yetirilməsi aclıq aksiyasını uzatmağı nəzərdən keçirəcək.

Zaghari-Ratcliffe artıq 1000 gündən çoxdur İranda həbsdədir.

O, Thomson Reuters Fondunun layihə meneceridir, İranda ruhani isteblişmentini devirməyi planlaşdırmaq ittihamıyla beş il həbs cəzasına məhkum edilib. Özü və ailəsi ittihamı rədd edir.

Fondun rəhbəri Monique Villa Zaghari-Ratcliffe-nin aclıq aksiyasından “səmimi narahatlıq” keçirdiyini dilə gətirib. Villa bəyanatında qadının “səhhətinin ən pis səviyyəyə düşdüyünü” vurğulayıb.

Zaghari-Ratcliffe 2016-cı ilin aprelində Tehran aeroportunda saxlanıb. Thomas Reuters Fondu və Britaniya hökuməti onun İranda yaşayan qohumlarına baş çəkdiyini bildirib.