Rusiyanın cənubunda doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı olub, azı bir nəfər həlak olub.
Rostov regionunun Şaxti şəhərində yanvarın 14-də səhər baş vermiş partlayışda dörd mənzilin dağıldığı bildirilir.
Fövqəladə Hallar Nazirliyi dörd nəfərin tapılmadığını qeyd edir.
Hadisə yerində 120 nəfərdən ibarət axtarış-xilasetmə briqadasının işlədiyi vurğulanır.
Təhqiqatçılar hadisənin qaz partlayışı nəticəsində baş verdiyini, cinayət işi açıldığını bildirirlər.
Dekabrın 31-də Uralın Maqnitoqorsk şəhərində oxşar partlayış zamanı onmərtəbəli binanın bir hissəsi partlamışdı. Hadisə zamanı 39 nəfər həlak oldu.