2019-cu ildə neftin qiyməti sabitləşəcəkmi?

İllüstrasiya

Səudiyyə Ərəbistanının enerji naziri deyib ki, 2019-cu ildə neftin qiymətində sabitlik yaratmaq üçün onun ölkəsi hasilatı OPEC çərçivəsində üzərinə götürdüyü öhdəliyə uyğun şəkildə azaldıb.

Khalid al-Falih CNBC kanalına deyib ki, bəzi qeyri-OPEC ölkələri OPEC-lə razılıq çərçivəsində hasilatın azaldılması sahəsində öhdəlik götürsələr də, onu "gözləniləndən ləng icra edirlər".

Nazir Rusiyanın adını çəkib. Amma ümid etdiyini bildirib ki, Rusiya 2017-ci ildə olduğu kimi öhdəliyini yerinə yetirəcək.

İki il qabaq OPEC və bəzi qeyri-OPEC ölkələri arasında razılaşma kəskin enən neft qiymətlərini sabitləşdirməyə imkan vermişdi.

Rusiya bildirib ki, neftin bir barrelinin qiyməti 60 dollar səviyyəsində qalarsa, bu onun üçün ən sərfəli variant olar.