Yanvarın 10-da Makedoniyada deputatlar ölkənin adının Şimali Makedoniya qoyulmasıyla bağlı müzakirəni davam etdirəcəklər. Məqsəd Yunanıstanla onillər boyunca davam edən mübahisəyə son qoymaq, NATO vəAvropa üzvlüyünə doğru yolu açmaqdır.
Yanvarın 9-da müzakirə başlanınca çıxış edən Baş nazir Zoran Zaev deputatları ad dəyişikliyinin lehinə səs verməyə çağırıb. Bu çıxışdan sonra müzakirə yanvarın 10-na təxirə salınıb. Ad dəyişikliyinin sabah səsverməyə çıxarılacağı planlaşdırılır.
Zaev 120 yerlik parlamentdə çoxluğa malik deyil. Bu o deməkdir ki, ona müxalifətdə olan VMRO-DPMNE partiyasının dəstəyi lazımdır.
Yanvarın 9-na planlaşdırılan müzakirə bir neçə saat təxirə salınıb. Belə ki, yüzlərlə millətçi parlamentin qarşısına yığışaraq ad dəyişikliyinə etirazını bildirib.
Onlar yanvarın 10-da yenidən etiraza yığışacaqlarını deyiblər.