Jim Yong Kim Dünya Bankının prezidenti vəzifəsindən istefa verib.
Bankın yanvarın 7-də bildirməsinə görə, 59 yaşlı Kim “bir şirkətdə çalışacaq, inkişaf etməkdə olan ölkələrə infrastruktur sərmayələrinin artırılmasına diqqət ayıracaq”.
Bu gözlənilməz istefanın səbəbi açıqlanmayıb.
Kim vəzifədə altı il qalmışdı.
O, 2022-ci ildə getməliydi, 2017-ci ildə daha beş il müddətinə sədr seçilmişdi.
Bankının baş icra rəsmisi olan Kristalina Georgieva fevralın 1-dən prezidentin vəzifələrini icra etməyə başlayacaq.
Dünya Bankının başçısı adətən amerikalı, Beynəlxalq Valyuta Fondunun direktoru isə avropalı olur.
Ancaq bəzi ölkələr yeni yaranan bazarlardan təmsilçi seçilməsini istəyirlər.