Netanyahudan ABŞ-a Golan çağırışı

Benjamin Netanyahu (sağda) və John Bolton

İsrailin Baş naziri Benjamin Netanyahu Birləşmiş Ştatları çağırıb ki, İsrailin Suriya ilə sərhəddəki mübahisəli Golan Yüksəkliyi üzərində suverenliyini tanısın.

Netanyahu yanvarın 6-da deyib ki, hava imkan verərsə, o, regionda səfərdə olan ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton ilə birlikdə əraziyə dəyəcək.

Orada olanda yaxşı anlayacaqsız ki, niyə biz heç vaxt Golan Yüksəkliyindən çıxmayacağıq, bütün ölkələrin İsrailin bu ərazi üzərində suverenliyini tanıması niyə vacibdir”, – Netanyahu Yerusəlimdə Boltonla işçi nahardan öncə deyib.

Netanyahu məsələni Prezident Donald Trump-la müzakirə etdiyini də vurğulayıb.

İsrail 1967-ci ildə altıgünlük müharibə zamanı bu strateji ərazini Suriyadan ələ keçirib və 1981-ci ildə ilhaq edib. Ancaq beynəlxalq ictimaiyyət heç vaxt Golan Yüksəkliyini İsrail ərazisi kimi tanımayıb.

Trump 2017-ci ildə elan edib ki, Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanışır və səfirliyi Təl Əvivdən bu parçalanmış şəhərə köçürəcək. Bu, bütün dünyada fələstinlilərin, eləcə də ABŞ-ın müttəfiqlərinin, baş ölkələrin qəzəbinə səbəb olub.

Fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail isə onu ilhaq edərək Qüdsü bütünlükdü paytaxtı elan edib. Beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.