Türkmənistanda alkoqol satışını kəskin məhdudlaşdıracaq qanun qüvvəyə minib. Yanvarın 1-dən bu əsasən müsəlman ölkəsində alkoqol qatarlarda, təyyarələrdə, bərələrdə, idman komplekslərində qadağan olunur. Milli bayram günlərində də spirtli içki satışı yasaqlanır.
2021-ci ildən isə alkoqol şənbə və bazar günləri barlar və restoranlar istisna olmaqla hər yerdə qadağan olunacaq.
Hazırda Türkmənistanda 5,6 milyon nəfər yaşayır. Ölkədə kəskin iqtisadi böhran yaşanır, işsizlik səviyyəsi və inflyasiya yüksəkdir, ərzaq qıtlığı var.
Türkmənistana avtoritar lider Gurbanguly Berdymukhammedov rəhbərlik edir. O, özünü bir çox idman növləri üzrə uğurlu atlet kimi göstərir.
Berdymukhammedov ölkə vətəndaşlarını idmanla məşğul olmağa çağırır, 2025-ci ilədək ölkəni alkoqolsiz bir məkana çevirəcəyini deyir.