Yanvarın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.
Şimal küləyinin əsəcəyi, gündüz onun mülayim cənub-qərb küləyi ilə əvəzlənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-5, gündüz 8-11 dərəcə isti proqnozlaşdırılır.
Rayonlarda da bir elə yağıntı gözlənilmir. Dağlarda, bəzi yerlərdə duman olacağı ehtimalı var. Gecə 2 dərəcə istidən 5 dərəcəyə qədər şaxta, gündüz 5-12 dərəcə isti, dağlarda gecə 9-18 dərəcə şaxta, gündüz 3 dərəcə istidən 2 dərəcəyə kimi şaxta təxmin edilir.