Tanınmış islamçı lider Şeyx Batal-Haji Belkharoev-in nəslindən olan dini xadim öldürülüb. Ibragim Bekhareov-in avtomobili Rusiyanın İnquşetiya regionunda dekabrın 31-də atəşə tutulub.
O bundan öncə də iki dəfə sui-qəsd cəhdinə məruz qalmışdı. Rusiya İstintaq Komitəsinin yerli filialının məlumatına görə, hadisə gecəyarısından az keçmiş İnquşetiyanın ön böyük şəhəri Nazranda baş verib.
Hücumda Bekhareov-in sürücüsü də qətlə yetirilib.
Interfax hadisəylə bağlı cinayət işi açıldığını xəbər verir.
Belkharoev dini məktəb bitirməsə də, dini fəal idi. Ona 2008 və 2016-cı illərdə sui-qəsd cəhdi olunub.
Onun ulu babası Batal-Haji Belkharoev 20-ci əsrin əvvəlində sufi islam məzhəblərindən birinin bünövrəsini qoyub. İnquşetiyada, eləcə də Şimali Qafqazın başqa yerlərində onu böyük sayqıyla anırlar.
Dinə fundamentalist yanaşan islamçı ekstremistlər sufizmi qəbul etmirlər.