SpaceX şirkəti ABŞ Hava Qüvvələrinin GPS peykini planlaşdırıldığından bir neçə gün sonra uğurla işə salıb.
Falcon 9 raketi dekabrın 23-də Floridadakı Kanaveral burnundan orbitə qalxıb.
Peykin buraxılması dekabrın 17-nə planlaşdırılsa da, texniki məsələlər və havaya görə ertələnib.
Hava Qüvvələri rəhbəri Heather Wilson deyib ki, yeni nəsil peyki əvvəlki versiyalardan üç dəfə daha dəqiqdir.
Köhnə sistemləri əvəzləməyə orbitə ümumilikdə 32 3-cü nəsil GPS peyklərinin buraxılması planlaşdırılır.
7 -12 milyard dollar dəyəri olan sistemin bir çox aparıcı funksiyaları azı 2022-ci ilədək tam işlək vəziyyətdə olmayacaq.
GPS sistemindən mülki texnologiyalar, həmçinin naviqasiyada ordu tərəfindən istifadə olunur.
SpaceX Birləşmiş Ştatlarda özəl şirkətdir, 2016-cı ildə peyki buraxmağa kontraktı udub.