Prezident Ramil Usubova “Şöhrət” ordeni verib
Daxili işlər naziri Ramil Usubov “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı bu gün, dekabrın 22-də sərəncam imzalayıb.
Sərəncamda R.Usubovun Azərbaycanın hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə, təltif edildiyi bildirilir.
Xatırlatma
R.Usubov 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.
1989-1993-cü illərdə Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) müxtəlif idarə və şöbələrə başçılıq edib.
O, 1993-cü ildə yenidən Naxçıvanın daxili işlər naziri təyin olunub.
Bir il sonra Azərbaycanın daxili işlər naziri təyin edilən R.Usibov 24 ildən çoxdur həmin postu tutur.
Dekabrın 22-də daxili işlər nazirinin 70 yaşı tamam olur.
Ancaq ölkədə onun fəaliyyətinə münasibət birmənalı deyil.
Müxalifət partiyaları rəhbərləri hesab edirlər ki,Azərbaycanda daxil işlər orqanları siyasi proseslər zamanı hüquqdan çox, hakimiyyətdə olan qüvvələrin yanında olurlar. Hərçənd DİN-də belə tənqidləri qəbul etmirlər.