Azərbaycan tələbələrinin qurultayıdır

Tələbələrin qurultayı

Bu gün, dekabrın 21-də Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Tələbələrinin II Qurultayı başlayıb.

Azərbaycan Təhsil Nazirliyi tədbiri Gənclər və İdman Nazirliyi ilə birgə keçirir.

Qurultayda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbriki oxunub.

AZƏRTAC-ın xəbərinə görə, daha sonra təhsil naziri Ceyhun Bayramov çıxış edib. O deyib ki, artıq Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uyğunlaşdırılıb.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb. 3 min 127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb.

Qurultay prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı» çərçivəsində keçirilir.

Hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 min 662, magistratura səviyyəsində 13 min 442, orta ixtisas təhsili müəssisələrində 51 min 819 tələbə təhsil alır.