Londonun Gatwick aeroportunda 10 min sərnişin azı daha 24 saat da uça bilməyəcək. Səbəb Britaniyanın ikinci böyük aeroportu üzərində iki dronun görünməsi və uçuş zolağının bağlanmasıdır.
Uçuşlar hələ dekabrın 19-da dayandırılıb, polis dronların bilərəkdən buraxıldığını bildirib.
20-dən çox polis bölməsi dron operatorlarını axtardığı zaman, dekabrın 20-də səhər aeroport üzərində üçüncü qurğu da görünüb.
Gatwick Baş Əməliyyat Rəhbəri Chris Woodroofe dronlardan birinin ağır sənaye dronu olduğunu deyib.
“Bunun qəsdli hərəkət olmasına inanıram”, – o, BBC radiosuna deyib.
Polis insidentin bilərəkdən törədildiyini, amma onun terrorçuluqla bağlılığını “deməyə ilkin əlamətlər olmadığını” söyləyib.
Milad bayramı başladığından Gatwick günə 115 min sərnişini qəbul edib yola salacağını gözləyirdi.