Dekabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənir. Şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında isə dekabrın 19-da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə 1-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təxmin edilir.