Trump-ın təhlükəsizlik müşavirinə hökm oxunacaq

Michael Flynn

Prezident Donald Trump-ın birinci milli təhlükəsizlik müşavirinə dekabrın 18-də hökm oxunacaq. O, Rusiyanın səfirilə söhbətləri barəsində federal agentlərə yalan danışdığını boynuna alıb.

Xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün işbirliyini araşdırır.

Trump-ın andiçmə mərasimindən dörd gün sonra Ağ evdə keçirilən görüş haqda Flynn Federal Təhqiqat Bürosunun agentlərinə yalan dediyini boynuna alıb. Həmin görüşdən üç həftə sonra Flynn işdən çıxarılıb, çünki Rusiyanın ovaxtkı səfiri Sergei Kislyak-la görüş haqda detallar sızmağa başlayıb.

Mueller-in təhqiqatçıları Flynn-in istintaqla əməkdaşlığını alqışlayıb, hətta onun üçün həbs müddəti də tövsiyə edib.