Birləşmiş Ştatlar İranda məhbəsdə aclıq edən siyasi fəalın ölümünü pisləyib. Vahid Sayadi Nasiri sosial mediada yazdığı mesajlara görə saxlanıb.
Dekabrın 13-də Dövlət departamenti sözçüsünün köməkçisi Robert Palladino deyib ki, dekabrın 12-də dünyasını dəyişmiş fəalı İran hakimiyyəti “qanunsuz saxlayıb”.
Bəyanatda Nasirinin hüquqi xidmətə çıxışı olmadığı, qeyri-insani şəkildə saxlandığı, saxta milli təhlükəsizlik ittihamıyla suçlandığı bildirilir. Ona ittihamlardan biri “Ali dini lideri təhqir etmək” olub.
Nasirinin bacısı Elaheh AzadlıqRadiosu-na deyib ki, hakimiyyət qardaşının Qum şəhərində xəstəxanada dünyasını dəyişdiyini bildirib. ƏTRAFLI