Yağış, qar gözlənir

Yağış

Dekabrın 13-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 13-də Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənir. Gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.