Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov 12 dekabr – Beynəlxalq Neytrallıq Günü münasibətilə 796 məhbusu əfv edib. Bu haqda dövlət mediası məlumat yayıb.
Prezidentin amnistiya fərmanını dekabrın 10-da imzaladığı bildirilir.
2017-ci ildə BMT Baş Assambleyası dekabrın 12-ni Beynəlxalq Neytrallıq Günü elan edib.
Türkmənistan 1995-ci ilin dekabrından BMT tərəfindən daimi neytral dövlət kimi tanınıb.
Avtoritar lider olan Berdymukhammedov türkmən cəmiyyətinin bütün sahələrinə nəzarət edir. O, ildə bir neçə dəfə amnistiya imzalayır.
Sentyabrın 24-də, Müstəqillik Günü ərəfəsində 1722 məhkumu əfv edib.
Ancaq siyasi motivlərlə həbs olunanlar adətən əfvə düşmür.