George Bush Texasda dəfn olunub

George H.W. Bush-un cənazəsi Texasda

ABŞ-ın mərhum prezidenti George Bush Texasdakı prezident kitabxanasında dəfn olunub. O, səkkiz ay öncə vəfat etmiş həyat yoldaşı Barbara Bush və körpə ikən dünyasını dəyişmiş qızının yanında basdırılıb.

Dəfn mərasimi dekabrın 6-da olub, bundan bir gün öncə Texasda və Vaşinqtonda mərasimlər keçirilib.

Həftənin əvvəlində isə on minlərlə adam Kapitoli binasında mərhum prezidentlə vida günlərinə qatılıb.

Hyustonda 41-ci prezidentin cənazəsini aparam Qatar boyunca minlərlə adam düzülüb.

Bush noyabrın 30-da 94 yaşında dünyasını dəyişib. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.