Maşın vuran süpürgəçi ölüb

Süpürgəçi. Foto arxiv

Dekabrın 6-da səhər saatlarında avtomobillə vurulmuş süpürgəçi Almagül Muradaova elə həmin gün xəstəxanada vəfat edib.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, A.Muradova yol qəzası zamanı ağır xəsarətlər alıb əməliyyata götürülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Nizami Rayon Mənzil-İstismar İdarəsində süpürgəçi işləyən A.Muradovanın dekabrın 6-da Nizami Rayon 23 Saylı Polis Bölməsinin yaxınlığında avtomobillə vurulduğu deyilirdi.

Buna qədər də paytaxtda yol süpürən qadınlar avtomobillə vurularaq həyatlarını itiriblər. Bu hadisə sosial mediada tənqid olunur. Hesab olunur ki, yollar xüsusi texnika ilə təmizlənməlidir, insanların həyatı riskə atılmamalıdır.