Prezident İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində olub.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
İ.Əliyev ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ilə söhbət edib. O, C.Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.
C.Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub. 2018-ci il dekabrın 1-də 94 yaşında vəfat edib.