Bu gün səhər Ermənistan Silahlı Qüvvələrinin döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.
“Təyyarənin qəza etdiyi yer aşkarlanıb. O, Maralika rayonunda, dağlardadır. Həlak olan pilotlar – podpolkovnik Armen Babayn və mayor Movses Manukyandır”, – nazirliyin mətbuat katibi Artsrun Ovannisyan Facebook səhifəsində başsağlığı yazıb.
Daha öncə nazirlik Su-25 qırıcısı ilə əlaqənin kəsildiyini bildirmişdi.
Təyyarənin aşkarlanması üçün Ermənistanın şimal-qərbindəki Maralika rayonunda axtarış işləri aparılırdı.