Həftənin ilk iş günü, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Ancaq gecə bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Gündüz mülayim şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Nazirlik bölgələrdə havanın əsasən yağmursuz keçəcəyini, səhər ayrı-ayrı yerlərdə duman olacağın bildirir:
Amma axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 5-7 dərəcə isti olacaq.