Betlehemdə Milad yolkasının açılışı olub

Foto arxiv

Fekabrın 1-i axşam saatlarında Betlehemdə milad yolkasının işıqları yandırılıb.

Rəvayyətə görə İsa peyğəmbər həmin müqəddəs yerdə dünyaya gəlib.

Betlehem Fələstin Muxtar əraziləri-İordan çayının qərb sahilində yerləşir.

Ənənəyə uyğun olaraq həmin yerdə 16,5 metrlik yolka quraşdırılıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Betlehemdə Milad yolkasının işıqları yandırılıb

Yolka 2500 oyuncaqla bəzədilib və buna 10 gün sərf edilib.

Açılışı yüzlərlə adam izləyib və mərasim atəşfəşanlıqla başa çatıb.