Rayonlarda qar yağa bilər

Qar

Dekabrın 1-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənir. Yağıntının bəzi yerlərdə intensiv olacağı və arabir güclənən cənub küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da dekabrın 1-də yağış, dağlıq ərazilərdə qar yağacağı təxmin edilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təxmin edilir.