Pakistanın Orakzay rayonunda bazarda törədilən partlayışa görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.
Rəsmi məlumata görə, noyabrın 23-də intiharçının törətdiyi həmin partlayışda azı 35 nəfər ölüb,50-dən çox adamsa yaralanıb.
Bu bölgə Əfqanıstanla sərhəddə yerləşir və əsasən orda şiələr yaşayır.
Bu rayon 2018-ci ilədək Pakistandakı 7 muxtar qəbilə regionlarından biri idi.
2018-ci ilin əvvəllərindən isə Hayber Paxtunxva əyalətinə birləşdirilib.
“İslam dövləti” qrupu noyabrın 24-də bəyanat yayaraq həmin partlayışa görə cavabdehliyi üzərinə götürüb.
Qrupun məlumatına görə isə partlayışda 57 şiə müsəlmanı ölüb, 75 nəfərsə yaralanıb.