Fransada keçirilən kütləvi aksiyalar zamanı baş verən toqquşmalarda azı 47 nəfər xəsarət alıb.
Fransa mətbuatının məlumatına görə,yaralılardan 3-ü kritik vəziyyətdədir.
Aksiyaçılar benzinin bahalaşmasına etiraz edirlər.
Aksiyalarda 120 mindən çox adam iştirak edir, ölkə boyu 2 mindən çox aksiya planlaşdırılıb.
Xüsusi gödəkcədə olan aksiyaçıəlar avtomobil yollarına çıxaraq hərəkəti dayandırırlar.
Azı 24 nəfərin saxlandığı bildirilir.
Polis deyir ki, onlar hüquq-mühavizə orqanlarının əməkdaşlarına tabe olmadıqlarına görə saxlanıblar.
Fransa hakimiyyəti 2019-cu ildən dizel yanacağı və benzinə vergini artırıb.
Rəsmi Paris deyir ki, məqsəd havanın çirklənməsi ilə mübarizə aparmaqdır.