Xristian ərəb diplomat George Deek İsrailin Azərbaycana səfiri təyin olunub. Bu haqda İsrailin xəbər saytları məlumat yayıblar. Təyinatı hələ hökumət təsdiqləməlidir.
“Bu təyinatdan qürur duyuruq. Bu, fərqli tarixçəli israillilərin dövlət təmsilçiliyinə inteqrasiyasını göstərir”, – nazirliyin sözçüsü Emmanuel Nahshon deyib.
Deek İsrailin ilk ərəb səfiri deyil. İlk dəfə olaraq Ali Yahya 1995-ci ildə Finlandiyaya səfir təyin olunub, həmçinin İsrailin Yunanıstanda elçisi kimi çalışıb.
Yaffo sakini Deek 10 ildən çoxdur Xarici İşlər Nazirliyində işləyir və onun qurumda çalışan yeganə xristian olduğu bildirilir.
O, karyerası boyunca Nigeriya və Norveçdə səfirin köməkçisi kimi çalışıb.
Bakıya təyin olunmuş yeni səfir hüquqşünasdır, beynəlxalq hüquq üzrə ikinci akademik dərəcə alıb.