Merkel də Avropa ordusunun yaradılmasına tərəfdardır

Emmanuel Macron (solda) Donald J. Trump-ı (sağda) Yelisey sarayında qarşılayır, 10 noyabr, 2018-ci il

Almaniya Kansleri Angela Merkel Avropa ordusunun yaradılmasına çağırır. Ondan öncə Fransa Prezidenti Emmanuel Macron bu təkliflə çıxış etmişdi və bu, ABŞ prezidentini qəzəbləndirmişdi.

“Ən vacibi odur ki, ötən il baş verənlərə baxsaq, bir gün real, əsl Avropa ordusunun yaradılması barədə düşünməliyik”, – Merkel noyabrın 13-də Strasburqda Avropa Parlamentində çıxışında deyib.

“Vahid Avropa ordusu dünyaya göstərməlidir ki, Avropa ölkələri arasında bir daha heç vaxt müharibə olmayacaq”, – kansler deyib.

Bir həftə öncə Macron Avropanın Birləşmiş Ştatlardan müstəqilliyini artıracaq, eləcə də qitəni Rusiya və Çin kimi mümkün təcavüzkarlardan qoruyacaq Avropa ordusunun yaradılmasına çağırmışdı.

Amma Macron-un dedikləri ABŞ Prezidenti Donald Trump-ı qəzəbləndirib və o, Avropa ölkələrini NATO-ya ödənişləri artırmağa çağırıb.

Noyabrın 13-də Fransadan səfərdən ayıtmış Trump tvitində bir daha bu məsələyə qayıdıb.

Emmanuel Macron təklif edir ki, Avropanı ABŞ-dan, Çindən və Rusiyadan qorumaq üçün öz ordusu yaradılsın. Amma 1-ci və 2-ci dünya müharibələrinə qatılan Almaniya idi. Bunun Fransaya təsiri necə oldu? Birləşmiş Ştatlar gələnədək Parisdə almanca öyrənməyə başlayırdılar. NATO-ya ödənişinizi edin!” – Trump yazıb.