Noyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 7-9, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı, Lənkəran-Astara zonasında yağıntının intensiv olacağı ehtimalı var. Gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.
Xəbərdarlıq
Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək. Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.