Bakıda yağış gözlənir

Yağış

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 8-10, gündüz 14-16 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 8-də ölkənin əksər bölgələrində isə bir elə yağıntı gözlənilmir. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.