Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarında ötən ay cüzi artım olub.
Mərkəzi Bankın məlumatına görə, onun valyuta ehtiyatları noyabrın 1-nə 5 milyard 536.4 milyon dollara çatıb. Bu göstərici ondan əvvəlki ay ilə müqayisədə 1.9 milyon dollar çoxdur. Oktyabrın 1-də AMB-nin valyuta ehtiyatları 5 milyard 534.5 milyon dollar olmuşdu.
2018-ci ilin əvvəli ilə müqayisədə isə ehtiyatlar 200 milyon dollardan çox artıqdır.
AMB Azərbaycanın pul bazası ilə bağlı son məlumatları da bölüşüb. Noyabrın əvvəlinə olan göstəricilərə görə, pul bazası 9 milyard 153 milyon manat təşkil edib. Bu göstərici avqustun sonuna olan rəqəmlərlə müqayisədə 281.8 milyon manat çoxdur.
Pul bazasının ilin əvvəli ilə müqayisədə isə 610.1 milyon manat artdığı qeyd edilir.