Noyabrln 5-də Birləşmiş Ştatlar və Cənubi Koreya kiçikmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu təlimlər ABŞ Dövlət katibi Mike Pompeo-nun Nyu Yorkda Şimali Koreya rəsmiləri ilə planlaşdırılan danışıqlarından öncəyə təsadüf edir.
İyunda daha böyük manevrlər təxirə salınmışdı. Çünki Prezident Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la Sinqapur görüşündən sonra bu təlimləri ertələmək vədi vermişdi.
Hazırkı təlimlərdə 500-dək ABŞ və Cənubi Koreya dəniz piyadası iştirak edir.
Pompeo noyabrın 4-də CBS TV-yə müsahibəsində deyib ki, bir neçə günə şimali koreyalı həmkarı Kim Yong Chol-la görüşəcək, Birləşmiş Ştatların Pxenyanın nüvəsizləşdirilməsinə dair tələblərini müzakirə edəcək.