Noyabrın 1-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı təxmin edilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti gözlənir
Tibbi-meteoroloji proqnoz
Məlumatda vurğulanır ki, noyabrın 1-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlara əsasən əlverişli olsa da, havada rütubətin normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlıq
Nazirliyin xəbərdarlığına görə, ölkə ərazisində oktyabrın 31-i axşamdan noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı təxmin edilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.