Kredit faizləri ilə bağlı islahat gündəliyi hazırlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bank faizləri, sizcə, nə qədər əlçatandır?

«Azərbaycanda bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var».

«Turan» agentliyinin xəbərinə görə, bunu bu gün, oktyabrın 30-da Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

«İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər», - o vurğulayıb

E.Rüstəmovun deməsinə görə, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.

Azərbaycanda kredit faizləri ilə bağlı çoxsaylı şikayətlər eşidilir. Bu günlərdə iqtisadçılardan Vüqar Bayramov isə vəziyyəti belə dəyərləndirmişdi: «Bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir».