Dumanlı hava gözlənir

Duman

Oktyabrın 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənir. Bəzi yerlərdə duman olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 11-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təxmin edilir.