Oktyabrın 29-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı proqnoz edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 8-11, gündüz 17-20 dərəcə isti ehtimalı var.
Ölkənin rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq əksər yerlərdə duman olacağı təxmin edilir.
Gecə 2-10, gündüz 11-22, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənir.