Türkiyə prezidenti Racep Tayyip Erdoganla Almaniya kansleri Angela Merkel oktyabrın 27-də İstanbulda ikitərəfli münasibətləri müzakirə ediblər.
Bu barədə Reuters agentliyi xəbər verir.
Görüş,Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin İstanbul sammiti çərçivəsində baş tutub.
Hələlik danışqların məğzi barədə ətraflı məlumat verilmir.
Erdoganla Merkal görüşdən sonra Suriya münaqişəsini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Macrona qoşulublar.
Sammitdə əsas diqqət Suriyanın İdlib əyalətində atəşkəs rejiminə əməl edilməsi və münaqişənin davamlı həlli yollunun tapılmasına yönələcək.