Balakəndə xurma festivalı

Xurma

Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.

Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

AZƏRTAC-ın xəbərinə görə, festivalda qonaqlar parkın ərazisində xurma ağacları əkəcək, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaqlar. Habelə, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Balakən rayonunda I Beynəlxalq xurma festivalı ötən ilin noyabrında keçirilib.

Xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır.