Bakıda toz normadan 3 dəfə çoxdur

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakını toz basıb. Video arxiv-2017

Bu gün, oktyabrın 25-i səhər saatlarından Bakı və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti məlumat yayıb.

Məlumata görə, cənub-qərb küləyinin güclənməsi ilə bağlı ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən də Yasamal və Xətai rayonlarında müşahidə edilir.

«Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib», - məlumatda vurğulanır.