İşçilərin ödənişləri artır

Manat

2019-cu ilin dövlət büdcəsi layihəsində işəgötürənlərin məcburi sosial sığorta üzrə ödənişlərinin faiz üzrə azaldılması təklif olunur.

Aylıq əməkhaqqı 200 manat olan işçilərə icbari sığorta ödənişləri 3, işəgötürənlərə 22 faiz və 6 manat təklif olunur.

İcbari sığorta ödənişləri əməkhaqqısı 200 manatdan çox olan işçilərdə onların maaşının 200 manatdan yuxarı hissəsinin 10 faizi qədər təklif edilir. İşəgötürənlərə isə 44 manat və 200 manatdan yuxarı olan məbləğin 15 faizi səviyyəsində münasib sayılır.

Hazırda məcburi sosial sığorta ödənişləri işçilərə 3, işəgötürənlərə isə 22 faiz təşkil edir.

Təklif edilən variantda işçilərin payına düşən ödənişlər artacaq. İşəgötürənlərin ödənişləri isə əksinə, azalacaq.

Bir müddət əvvəl vergilər naziri Mikayıl Cabbarov işəgötürənlərə əməkhaqqı üzrə vergi yükünün yüksək olmasından bəhs etmişdi. Bu istiqamətdə yeni təkliflər hazırlandığını deyən nazir bunun işəgötürənləri əmək müqaviləsi tərtib edilərkən şəffaflığa həvəsləndirəcəyini söyləmişdi.

Xatırlatma

Azərbaycanın 2019-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 mlrd. manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 mlrd. manat proqnozlaşdırılır. 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsi bir neçə milyard manat artıb. Büdcədə neftin bir barreli 60 dollar götürülüb.

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan büdcəyə dəyişiklik edildi. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı.