'Roskosmos' raketini sığortalatmağa şirkət tapmır

Baykonur

«Proqress MS-10» yük gəmisinin «Soyuz-FG» daşıyıcı raketinin Beynəlxalq Kosmik Stansiyaya buraxılması zamanı risklərin sığortalanması ilə bağlı tenderə bircə şirkət də qatılmayıb. Raketin buraxılması noyabrın 18-nə planlaşdırılıb. Bu haqda «Praym» agentliyi xəbər yayıb.

Müqavilənin başlanğıc qiyməti 116 milyon rubldan çox təşkil edirdi. «Roskosmos» sığortanın məbləğinin 3 milyard rubldan artıq olmasını planlaşdırmışdı. Hərçənd, heç bir sığorta şirkəti indiyədək tenderdə iştirakla bağlı ərizə verməyib. Ərizələrin qəbulu oktyabrın 30-da başa çatır.

Oktyabrın 11-də «Soyuz MS-10» kosmik gəmisinin daşıyıcı raketi «Soyuz-FG» Baykonur kosmodromundan buraxılarkən qəzaya uğrayıb. Onun içində ikinəfərlik ekipaj heyəti olub. Onlar evakuasiya edilib və xəsarət almayıblar. «Roskosmos» raketin yığılma mərhələsində zədələnməsi versiyasını nəzərdən keçirir.

Raketin buraxılışı 4 milyard 650 milyon rubl dəyərində sığortalanmışdı.