'Dəmir günbəz' Qəzzadan atılan raketləri tuta bilməyib

"Dəmir günbəz" sistemi

Ötən gecə Fələstin tərəfdən atılan raketləri İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemi tuta bilməyib.

Raket gecə 3:39-da Beev Şeve və Negev regiondakı ətraf icmalara düşüb, sakinlər sığınacaq axtarmağa başlayıblar.

Raketlərdən biri Beer Şeveyə, digəri İsrailin mərkəzindəki şəhərlərdən birinin sahilinə düşüb.

İsrail Silahlı qüvvələrinin sözçüsü Ronen Maneil deyib ki, “Dəmir günbəz” raketi ona görə tuta bilməyib ki, “sistem keçilməz deyil”.

“MƏSULİYYƏTİ HƏMAS DAŞIYIR”

İsrail raket atəşindən sonra Qəzzada 20 hədəfi vurduğunu bildirir. Buraya Həmas qruplaşmasının hərbi bazaları, raketqayırma obyektləri daxildir. Hücumlar zamanı bir fələstinlinin öldürüldüyü, 3-nün yaralandığı bildirilir.

Fələstinlilər etiraz aksiyasında, 12 oktyabr, 2018-ci il

Sözçü Manelis cavab hücumlarının davam edəcəyini bildirib.

İsrail raket hücumlarına görə Həması günahlandırıb. “Bu raketlər əlqdəqayırmadır və ortamənzillidir. Qəzzada yalnız iki təşkilatın belə raketləri var: Həmas və İslam Cihadının. Raketi kimin atmasından asılı olmayaraq, məsuliyyəti Həmas daşıyır”, – Manelis əlavə edib.

Misir regionda əlavə qarşıdurmanı önləmək məqsədilə vasitəçiliyə başlayıb. Artıq dünən Misirdən nümayəndə heyəti Qəzzaya gedib. Misir kəşfiyyatının rəhbəri Kamel Abbas İsrailə sabah – oktyabrın 18-də gedəcək.

Beer Şeva Qəzzanın 40 kilometrliyində yerləşir, İsrailin cənubunda ən böyük şəhərdir, 200 minədək əhalisi var.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Yerevanda hərbi paradda Rusiyanın “İsgəndər” raket kompleksi nümayiş etdirilib. Bunun ardınca Azərbaycanın İsraildən “Dəmir günbəz” sistemi almasına dair məlumatlar yayılıb.