Psixiatrik xəstəxana rəhbəri videoya görə işdən çıxarıldı

Rusiyada xəstəxana binası, arxiv fotosu

Rusiyanın Maqnitoqorsk şəhərində psixiatrik xəstəxana rəhbəri iki tibb işçisinin yaşlı xəstəni ələ saldığını və düzgün müayinə etmədiyini göstərən videoya görə işdən çıxarılıb.

Xəstəxana rəhbəri Aleksandr Belikov işdən çıxarılandan sonra Çelyabinsk vilayətində bütün psixiatrik müalicə obyektlərində yoxlama başlanıb. Məlumatı regionun səhiyyə Nazirliyi oktyabrın 7-də yayıb.

Bir gün öncə İstintaq Komitəsinin regional filialı bildirmişdi ki, İnternetdə yayılmış video üzrə ilkin təhqiqat başlanıb. Videoda iki kişi tibb işçisinin yaşlı xəstəyə başmaq atdığı, ona güldüyü görünür.

İşçilərdən biri kişini arxadan vurur.

Regionun Səhiyyə Nazirliyinin sözçüsü Maria Khvorostova oktyabrın 17-də deyib ki, həmin xəstə yayda xəstəxanadan buraxılandan az sonra dünyasını dəyişib.

Son aylar Rusiyada dövlət müəssisələrində saxlanan məhbuslar, digər vətəndaşlarla pis rəftar gündəmə gəlib. İyulda internetdə yayılmış videoda Yaroslavlda bir həbsxanada məhbusun azı 17 nəzarətçi tərəfindən döyüldüyü görünürdü.