Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 17-dən 20-dək Çexiya Respublikasında işgüzar səfərdə olacaq.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:
«Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur».
Nazirlik habelə bildirir ki, görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.