ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad oktyabrın 13-də Əfqanıstan prezidenti Ashraf Ghani və ölkənin İcraçı direktoru Abdullah Abdullah-la görüşüb.
Khalizad bundan bir gün öncə Qətərdə “Taliban” hərəkatının liderləri ilə görüşüb.
O, bundan öncə ABŞ-ın Əfqanıstandakı səfiri olub.
Khalilzad 4 ölkədə apardığı danışıqlar barədə Əfqanıstan rəhbərliyinə məlumat verib.
O,oktyabrın 4-də Kabilə, sonra isə Pakistan, Birləşmiş Ərəb Əmirlikləri,Səudiyyə Ərəbistanı və Qətərə səfər edib.
Səfərdə məqsəd “Taliban” rəhbərliyini danışıqlar masasına gətirməkdir.
Məlumatı talibançıların sözçüsü Zabihullah Mujahid-də təsdiqləyib.
Amma o bildirib ki, “Taliban” rəsmiləri Khalilzada deyiblər ki, Əfqanıstanda xarici ordunun iştirakı ölkədə sülhə və bu cür görüşlərə ”böyük maneədir”.
Kabildəki ABŞ səfirliyinin nümayəndəsi məsələyə münasibət bildirmək istəməyib.
Khalilzad 2018-ci ilin sentyabrında ABŞ prezidenti Donald Trump-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin edilib.