Rusiyada iqtisadi cinayətləri və korrupsiyanı araşdıran yüksəkçinli müstəntiq Moskva regionunda güllələnərək öldürülüb.
İstintaq Komitəsinin Moskva filialından Rusiyanın xəbər agentliklərinə bildirilib ki, polkovnik Yevgenia Shishkina oktyabrın 10-da boynundan güllələnib. O, paytaxt yaxınlığında mənzilindən çıxarkən silahlı hücuma məruz qalıb.
Komitənin sözçüsü Olga Vrady-nin deməsinə görə, Shishkina hədələnirmiş, bir neçə ay öncə avtomobili yandırılıb.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin müstəntiqin ölümü üzrə təhqiqatı şəxsi nəzarətinə alıb.